Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib.
Bununla əlaqədar olaraq tədbir Şamaxıda baş tutub.
Təqdimetmə mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Regionun təhsil şöbələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyevi Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ictimaiyyətə təqdim edib.