Türkiyənin paytaxtı Ankarada Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın heykəlinin açılış mərasimi baş tutub.
Bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.
Məlumata görə, Əhməd Cavadın 130-cu doğum gününə həsr olunan tədbirdə Etimesgutun bələdiyyə sədri Enver Demirel, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iştirak ediblər.