Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Elmi Cəmiyyətinə (TEC) yeni sədr seçkisi keçirilib.
Tehsil.biz xəbər verir ki, iclası LDU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açaraq, TEC-in 2021/2022-ci tədris ilindəki fəaliyyətindən ətraflı danışıb, LDU-da tələbələrin elmi fəaliyyətinin daha da yüksəldiyini, tələbələr arasında maraqlı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
LDU Tələbə Elmi Cəmiyyətinin sədri Samir Salayev 2021/2022-ci tədris ili üçün hesabatını səsləndirib, görülən işləri diqqətə çatdırıb.
Daha sonra TEC sədri vəzifəsinə namizəd olan Ülkər Fərzəliyevanın çıxışı dinlənilib.
Namizədin çıxışından sonra səsvermə keçirilib və universitetin “Riyaziyyat və İnformatika” kafedrasının əməkdaşı və doktorantı Ülkər Fərzəliyeva LDU TEC-nin yeni sədri seçilib.
İclasda məsələ ilə bağlı çıxışlar dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.