Uzun illərdir, soydaşlarımızı sürgün edib, soyqırım aktı törətmiş ermənilər Ali Baş Komandanımızın peşəkar rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu tərəfindən ən ağır məğlubiyyətə uğradı.Bütün tarixi faktlar erməni vandalizmini sübuta yetirir. Ermənilər torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı zamanda evləri, binaları, mədəniyyət abidələrini və sosial obyektləri məhv edib şəhərlərimizi viran qoymaqla yanaşı ərazilərimizdə ekoloji terror törədiblər, təbiətimizi vəhşicəsinə talan ediblər.
Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq acınacaqlı hala düşüb, ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub.
Rəqəmlərə diqqət yetirsək ermənilərin təbiətə qarşı törətdiyi vəhşiliyin nə qədər böyük miqyasda olduğunu aydın görə bilərik. Belə ki, məlumatlara əsasən, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi olub və bundan 13197,5 hektarı qiymətli ağac növləri olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Yəni işğal dövründə bütün maddi sərvətlər talan olunub, meşələr kəsilərək satılıb, təbii resurslar qarət edilib. Ermənilərin törətdiyi digər bir vəhşilik isə təbii abidə hesab olunan ağacları məhv etməsidir. Azərbaycanda bir sıra ağaclar hələ sovet dövründə təbiət abidələri siyahısına daxil edilmişdi.
30 ilə qədər erməni işğalı altında qalmış ərazilərdə 152 ədəd belə ağac mövcud olub. Bu ağacların siyahısına Şərq çinarı, Dağdağan, Palıd, Saqqız ağacı və digər ağaclar daxil olub.Bu ağacların çox qədim, 1600 il yaşı olub. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan 152 ədəd ağacdan Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Xocavənd və Ağdam rayonu əraziasində 139 belə ağacın möcvud olduğu əraziyə baxış keçirilib və məlum olub ki, bu ağaclardan 123-ü məhv edilib, yandırılıb, kəsilib, yəni o ağaclar artıq yerində yoxdur”, ermənilər həmçinin su və çaylar vasitəsilə ekoloji terror törədiblər: “Belə ki, Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalıb. Bunun nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, kimyəvi turşuları Oxçuçayına axıdır və ekoloji terror törədir. Bu çay Ermənistandakı zavodlar tərəfindən o qədər çirkləndirilib ki, artıq suvarma üçün də yararsızdır.Suda zərərli maddələrin çox olması insan sağlamlığı üçün də ciddi təhlükədir, ermənilər 44 günlük Vətən müharibəsi dövründə də ekologiyaya böyük zərbə vurdular: “Azərbaycan qarşısında tap gətirə bilməyən mənfur düşmən təbitə qarşı da ciddi ziyan vurmağa çalışırdı. Belə ki, Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşdü və həmin ərazilərdə yanğınlar baş verməklə flora və faunaya, təbii landşafta ciddi ziyan dəydi.
Bundan başqa düşmən Azərbaycan Ordusunun gəldiyini görüb meşələrimizi yandırmağa, ağacları məhv etməyə başladılar və təbiətə ciddi ziyan vurdu. Ermənistan tərəfindən ətraf mühitə qarşı bu cür addımlar atılması onların insan sağlamığına insan həyatına necə biganə,necə laqeyd olduğunun nümunəsidir. İşğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq işləri, həyata keçirilən böyük infrastruktur layihələr onu göstərir ki, biz əbədi olaraq öz əzəli dədə-baba torpağımıza-Qarabağımıza qayıtmışıq. Bizim güclü bir xalq olaraq əldə etdiyimiz möhtəşəm Qələbə zamanı nəinki Ermənistan ordusu, ümumulikdə uzun illərdir davam edən mənfur erməni ideologiyası məhv edildi.
İlham Məmmədov,
Milli Məclisin deputatı