2022-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev irsi müasir Azərbaycanın mədəni və intellektual sütunudur” mövzusunda elmi seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində baş tutan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Seminara moderatorluq edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Hidayətova universitetdə ideoloji maarifləndirmə çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, gənc nəsilə çatdırılması ilə bağlı görülən işlərin xüsusi əhəmiyyətindən danışıb və seminarın önəmini vurğulayıb.
Sonra, proqrama uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Xarici dillər kafedrasının müdiri, dosent Zenfira Əzizova “Heydər Əliyev irsi Azərbaycan xalqının milli-mənəvi xəzinəsidir”, Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov “Heydər Əliyev və müasir Azərbaycan dili”, həmin kafedranın baş müəllimlərindən İlham Məmmədov “Heydər Əliyev və multikultural dəyərlər” və Mətanət Yusifova “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, əsas vəzifələrindən biri Vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi olan MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin örnək həyat və fəaliyyətinin, zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.