Logo

Qoruyucu maskalar koronavirus pandemiyasını dayandıra bilməz - ALİMLƏR

03.01.2021 23:58 559 baxış
IMG

Qoruyucu maskalar koronavirus pandemiyasını dayandıra bilməz.

 

Tehsil.biz xəbər verir ki, bu barədə alimlər "The Daily Mail"ə danışıb. Edinburq Universitetinin virusoloqu Paul Diqard infeksiyanın havadan damcı yolu ilə keçdiyini bildirib. Bir insan öskürür və ya asqırırsa, damlacıqlardakı virus havaya yayılır. Virus hissəcikləri çox kiçikdir və asanlıqla parçanı aşır, ancaq virus böyük su damcılarında olarsa, artıq maneəni aşa bilməz.

 

London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Cimmi Uitvort maskaların düzgün istifadə edildiyi zaman təsirli olduğunu, yəni bir insanın ağzının və burnunun örtülməsinin lazım olduğunu diqqətə çatdırıb. Bəzi insanlar qoruyucu vasitələri səhv taxırlarsa, onların effektivliyini müəyyənləşdirmək çətin olacaq.

 

"Maskaların hansı təsirinin olduğunu dəqiq bilmirik. Ancaq sağlam düşüncə onu göstərir ki, taxmağa dəyər", - professor əlavə edib.

 

Xatırladaq ki, amerikalı tədqiqatçılar pandemiyada ən təsirli maskaların hansı olduğunu aşkar edib. Araşdırmaya görə, virusa qarşı ən böyük qoruma N95 maskaları tərəfindən təmin edilir, ardından cərrahi maskalar və üst tərəfdə əlavə qorumalı və rezin bantlarla sabitlənmiş maskalar gəlir. Pambıq bandanalar, polyester maskalar 50 faiz və ya daha az qoruyur. Ən aşağı nəticələr toxunmamış polipropilen və üçqat pambıqdan hazırlanan maskalara məxsusdur. 

Xəbər lenti