Logo

Cəlilabadda məktəb binası bərbad vəziyyətdədir - VİDEO

06.05.2022 14:20 402 baxış
IMG

Cəlilabadın Üçtəpə kənd 2 nömrəli orta məktəbinin binası bərbad vəziyyətdədir.

Tehsil.biz Xezerxeber.az-a istinadən xəbər verir ki, məktəbin tavan və divarlarında iri çatlar əmələ gəlib, pəncərələri isə qırıqdır.

Məktəbin partaları isə nə oturmağa, nə yazı yazmağa yarayır. Zəngi isə dəmir parçası əvəz edir.

Şagirdlər illərdir ki, bu vəziyyətdə təhsil almağa çalışırlar.

Məktəbin direktoru Amalya Abbasova bildirib ki, sözügedən bina əvvələr ticarət obyekti kimi fəaliyyət göstərib. 1995-ci ildən isə burada 2 saylı məktəb fəaliyyətə başlayıb. O gündən bəri təhsil ocağında təmir işləri aparılmayıb. Amma direktor problemin tezliklə həll ediləcəyini bildirib.

Qeyd edək ki, Üçtəpə kəndində iki məktəb fəaliyyət göstərir. Sözügedən məktəbdə 300-ə yaxın şagird təhsil alır.

Xəbər lenti