Logo

UNEC-in əməkdaşı İsveçrə HES-SO Məktəbində işgüzar görüşdə olub - FOTO

06.05.2022 15:05 411 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbinin Biznesin idarə edilməsi mərkəzinin direktoru professor Lukas Baschungin dəvətilə Ali İdarəetmə Məktəbində işgüzar görüşdə olub.

Tehsil.biz xəbər verir ki, görüşdə Nərgiz Hacıyeva UNEC-in İnkişaf Strategiyası, beynəlxalq əlaqələri, elmi fəaliyyəti barədə məlumat verib. Həmçinin HES-SO və UNEC arasında təqaüdlü tədqiqat, təcrübə və mübadilə proqramı ilə bağlı müzakirələr aparılıb.

Dəvət çərçivəsində N.Hacıyeva icveçrəli tələbələrlə də görüşüb. O, UNEC barədə təqdimatla çıxış edib, sualları cavablandırıb.

Xəbər lenti