Biləsuvar rayonunda orta məktəbin kitabxanasının tavanının bəzi hissəsi uçub. Hadisə rayonun Çinarlı kənd tam orta məktəbində qeydə alınıb.
"Tehsil.biz"in məlumatına görə, kənd icra nümayəndəliyindən “Qafqazinfo”ya bildirilib ki, 9 illik məktəbin kitabxana yerləşən hissəsi uzun illər öncə tikilib və təmirə ehtiyacı var.
Qeyd edək ki, xoşbəxtlikdən hadisə zamanı içəridə heç kim olmayıb.