Logo

Şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırıldı, araşdırma başlandı - FOTO

06.05.2022 21:08 1006 baxış
IMG

Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub.

Belə ki, iddialara görə, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq məsələdən məlumatlı olduqlarını, bu barədə araşdırma aparıldığını və məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.

Xəbər lenti