Logo

Gəncə Dövlət Universitetində elmi-praktik konfrans keçirilib - FOTOLAR

06.05.2022 23:23 467 baxış
IMG

Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Azərbaycanın Dövlət Himni səsləndirilmiş, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan övladlarının xatirəsi bir dəqiqəik sükutla yad edildikdən sonra sənədli film nümayiş etdirilib.

Konfransı giriş ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq diqqətə çatdırıb ki, taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızı bir çox bəlalardan xilas etdi. 90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. Ayrı-ayrı siyasi qüvvələri və şəxslərə tabe olan silahlı birləşmələri ləğv etdi. Vahid komandanlığa tabe olan ordu yaratdı.Ulu Öndər tərəfindən görülən böyük işlərin, həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmişdir.

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən, siyasi fəaliyyətindən bəhs edən müxtəlif mövzularda məruzələr dinlənilib. Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın “Azərbaycanı ucaldan və müstəqilliyə qovuşduran rəhbər”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin “Heydər Əliyev və Azərbaycanın müasir dünyada yeri”, həmin kafedranın baş müəllimi Eldar Mehdiyevin “Ulu Öndər Heydər Əliyev-Azərbaycan dövlətçiliyinin xilaskarı”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasovun “Heydər Əliyev ideyaları əbədiyaşardır”, ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmovun “Dünya miqyaslı fenomen şəxsiyyət” və həmin kafedranın baş müəllimi Nərgiz Rəsulovanın “Heydər Əliyev və Gəncə” mövzularında məruzələri dinlənilib.

Elmi-praktik konfransa universitetin rektoru, professor Yusif Yusibov yekun vurub.

Xəbər lenti