Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
Tehsil.biz APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.
Həmin ərazidə yaşayan 17 yaşlı A. özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb. Qız hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, A. 11-ci sinif şagirdi olub.
Faktla bağlı araşdırma başlayıb.