Logo

Məktəbli qızın özünü binadan atması ilə bağlı araşdırma başlanıb

07.05.2022 11:19 498 baxış
IMG

Bakıda məktəblinin özünü binadan ataraq intihar etməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda Nərimanov rayon prokurorluğunda hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Ayla ötən gecə özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb.

Xəbər lenti