Mədəniyyət naziri Anar Kərimov Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahidlə görüşüb.
Tehsil.biz xəbər verir ki, nazir Anar Kərimov Mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülən "Bakı Prosesi" qlobal hərəkatından bəhs edib. Ölkəmizin təşəbbüskarı olduğu mədəniyyətlərarası dialoqlar və bir sıra bu qəbildən olan beynəlxalq layihələrin keçirilməsinin əsas səbəbinin tarixən ərazimizdə fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olduğunu bildirib.
Baş Assambleyanın prezidenti həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən post münaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək “Mədəniyyət naminə sülh" (“Peace4culture”) layihəsini fəaliyyət planı haqqında məlumat alıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.