Logo

Şamaxı rayon Müalicə Diaqnostika Mərkəzində elmi-praktiki seminar keçirilib

07.05.2022 19:31 458 baxış
IMG

Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun (İnstitutun) təşkilatçılığı ilə Şamaxı rayon Müalicə Diaqnostika Mərkəzində elmi-praktiki seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə İnstitutun  ixtisaslaşmış həkimləri tərəfindən “İcbari Tibbi Sığortanın Xidmətlər zərfi çərçivəsində aparılan kardioloji xidmətlər”,  "EKQ-nin əsasları” , “EKQ-nin praktik əsasları”, “ExoKQ-nin əsasları”,  “Rezistent Arterial hipertenziyanın müalicəsi”, “Perikarditlər: etiologiya, patogenez, müalicə”, “Xroniki ürək çatışmazlığının müalicəsində yeni yanaşma”  mövzularında təqdimatlar edilib.

Məlumat üçün qeyd edək ki, konfrans Şamaxı, Ağsu, Qobustan, İsmayıllı rayonlarını təmsil edən kardioloq, terapevt, reanimatoloq və təcili tibbi yardım həkimlərinin iştirakı ilə baş tutub.

Xəbər lenti