Logo

“İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin dördüncü təlim sessiyası - FOTOLAR

07.05.2022 20:30 425 baxış
IMG

Bakı Dövlət Universitetində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə təşkil etdiyi “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin dördüncü təlim sessiyası keçirilib.

Tehsil.biz xəbər verir ki, mühazirələrdə Azərbaycanın müxtəlif universitetlərini təmsil edən 120-dən çox tələbə iştirak edib.

Proqram zamanı Azərbaycan İlahiyyat İnstitutunun (Azərbaycan İlahiyyat İnstitutu /  Azerbaijan Institute of Theology) rektoru cənab Aqil Şirinov “İslamın dünya sivilizasiyasında rolu” mövzusunda məruzə ilə çıxış edib.

Sual-cavab sessiya zamanı Aİİ rektoru iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti