Logo

Onun çəkdiyi kadrları faşistlərin məhkəməsində sübut kimi göstərdilər

07.05.2022 22:02 489 baxış
IMG

Bu gün tanınmış rejissor, operator Muxtar Dadaşovun anım günüdür. Kulis.az bu münasibətlə onun həyatından bəzi faktları təqdim edir.

Muxtar ilk olaraq peşəkar operator təhsili almaq istəyirdi. Ona görə də Moskvaya gedir və üç il ərzində təhsil alır, operator kimi inkişaf edir. Moskvada bir sıra filmlərin çəkilişlərində iştirak edir.

***

Dövrün görkəmli rus kinematoqrafçısı M.Vernerin “Canlı Allah” bədii filmində aktyor M.Ştauxla birgə baş rolda çəkilir.

***

Muxtar Dadaşov müharibə dövrünün xronikasının yaradılmasında rolu böyük olub. Faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə köçürmüşdü. Zaman keçdikdən sonra həmin kadrlar Almaniya məhkəməsində sübut kimi göstərilmişdi.

***

Filmoqrafiyasında ictimai-siyasi hadisələr qırmızı xətt kimi keçir. “Sovet Azərbaycanının 50 illiyi”, “Sovet Azərbaycanı”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” kimi filmlərində məmləkətimizin təbiəti, düşdüyü ağır vəziyyətlər, o cümlədən tarixi şəxsiyyətləri kino dilinə çevirib.

Muxtar Dadaşov — Vikipediya

***

Rejissor kino haqqında belə demişdi: “Kino həyatın aynasıdır. Bu ayna böyük Sabir demişkən: “düzü-düz, əyrini-əyri” əks etdirməyə qadir olan möcüzədir. O, təmiz, ləkəsiz, pak duyğularla canını sənətə fəda edən istedadlı, namuslu, bacarıqlı, professional şəxslərin əlində olmalıdır”.

***

Kinorejissor müharibə mövzusunda “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Bu filmdə müharibənin gedişi vaxtı böyük şair Səməd Vurğunu, dahi bəstəkar Üzeyir Hacıbəylini də filmə çəkmişdir.

Xəbər lenti