Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən mini futbol turnirində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası finalda Bakı Dövlət Universitetini 5-0 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.
Bu barədə "Tehsil.biz"ə akademiyadan bildirilib.