Dövlət İmtahan Mərkəzi mayın 15-də “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsini (test imtahanı) keçirəcək.
Bu barədə "Tehsil.biz"ə DİM-dan məlumat verilib.
Bildirilib ki, tələbələr imtahana buraxılış vərəqəsini linkdən çap edə bilərlər.
Tələbələr imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.