Xalq artisti, kinorejissor Vaqif Mustafayev Avropa Film Akademiyasının üzvü seçilib.
Bu barədə “Azərbaycanfilm” kinostudiyası məlumat yayıb.
Qeyd edək ki, Avropa Kino Akademiyası 1989-cu ildə Avropa Kino Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb.