11 nəfər kinematoqrafçı Avropa Film Akademiyasının üzvü seçilib.
Bu haqda “Azərbaycanfilm” məlumat paylaşıb.
Bildirilib ki, seçilən üzvlər siyahısında Rafiq Quliyev, Ayaz Salayev, Vaqif Mustafayev, Hüseyn Mehdiyev, Rüfət Həsənov, Orman Əliyev, Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, İradə Bağırzadə və Asif Rüstəmovun adı yer alıb.
Qeyd edək ki, Avropa Kino Akademiyası 1989-cu ildə Avropa Kino Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb.