Logo

Lənkəranda qəzalı məktəb hər an uça bilər - VİDEO

09.05.2022 19:16 464 baxış
IMG

“Qırıq pəncərə şüşələrinə yaxınlaşmaq, çürümüş döşəmələrdə də qaçmaq olmaz”, - bu tapşırıqlar şagirdlərə verilib və bunun üçün nəzarətçilər də təyin olunub. Söhbət Lənkəranın Boladi kənd 2 nömrəli tam orta məktəbindən gedir.

Şəraitsiz vəziyyətdə olan bina 1964-ci ildə tikilib, istifadəyə verilib və 8 illik məktəb kimi fəaliyyət göstərib. Sonradan 90-cı illərdə təhsil ocağına tam orta məktəb status verilib. Məktəb 2 korpusdan və 21 otaqdan ibarətdir. Hazırda 230 şagird qəzalı və təhlükəli şəraitdə təhsil almaq məcburiyyətindədir.

Şagird və müəllim heyətini, eləcə də hər gün övladını narahatlıq içində məktəbə göndərən valideynləri düşündürən bir sual var: Boladi kənd 2 nömrəli tam orta məktəbdə qəzalı və təhlükəli vəziyyət nə vaxta kimi davam edəcək?

Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sabir Əliyevin sözlərinə görə, məktəbə bir neçə dəfə baxış keçirilib, lazımi məlumatlar toplanıb və Təhsil Nazirliyinə göndərilib. Boladi kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi nəzərdə tutulur.

Ətraflı Baku TV-nin süjetində:

Xəbər lenti