İmişli şəhər 3 saylı tam orta məktəbin ingilis dili müəllimi Çiçək Həsənli təşkilatçılığı ilə məktəbin 8-11-ci sinif şagirdləri arasında "Şuşa ili"nə həsr olunmuş bilik və qabiliyyət yarışı təşkil olunub.
Tehsil.biz xəbər verir ki, yarışda həvəskar müəllimlər komandası və şagirdlərdən ibarət “Cümhuriyyət”, “Everest”, “Vüqar”, “Polad Həşimov”, “Mars”, “Alfa”, “Yupiter”, “Bilik” və “Viktoriya” komandaları arasında maraqlı və gərgin yarış mübarizəsi olub.
Sonda I yerin qalibi “Cümhuriyyət” komandası, II yerin qalibi “Everest” komandası və III yerin qalibi isə “Vüqar” komandası olub.
Qalib komandanın üzvləri hədiyyə və diplomlarla təltif ediliblər.