Logo

BDU-nun professoru Bəhreyn Universitetinin elmi adlar verən şurasına üzv seçilib

05.01.2021 11:02 536 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU)  Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov Bəhreyn Universitetinin “Həndəsə” ixtisası üzrə elmi adlar verən akademik şurasına üzv seçilib. İngiltərənin nüfuzlu “THE - Times Higher Education” təşkilatının “2020 Impact Rankings” kateqoriyası üzrə hazırladığı siyahıda 208-ci yerdə qərarlaşan Bəhreyn Universiteti siyahıya beynəlxalq elmi ictimaiyyət tərəfindən öz sahəsində tanınan xarici alimlər daxil edib.

 

Əlavə edək ki, seçimlərin nəticələri "Web of Science" bazasındakı elmi məqalələrin sayı, məqalələrə bu bazadan alınan istinadların sayı ve h-indeksinə görə təyin edilir. Professor Arif Səlimovun "Web of Science" bazasında məqalə sayı 61,  istinad sayı 439, h-indeksi isə 11-dir.

Xəbər lenti