Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümünə həsr edilən şahmat turniri keçirilib.
UNEC-dən bildirilib ki, 32 tələbənin iştirak etdiyi yarışda birinci yeri Mühəndislik fakültəsinin tələbəsi Zaur Həsənov qazanıb. İkinci yerə Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin tələbəsi Elgün Abdullayev, üçüncü yerə isə Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin tələbəsi Üzeyir Bədirli layiq görülüb.
Sonda qaliblərə medal, kubok, diplom təqdim olunub.