Logo

“Azərbaycan Respublikası Təhsil Cəmiyyəti” layihə həyata keçirib - FOTOLAR

11.05.2022 14:44 472 baxış
IMG

“Azərbaycan Respublikası Təhsil Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 15 Fevral 2022-ci il tarixindən “Uşaq evləri və internat məktəblərindən ayrılan gənclərin peşə bacarıqlarının artırılması və işlə təmin olunmasına dəstəyin göstərilməsi” adlı layihəni həyata keçirib.

Tehsil.biz xəbər verir ki, layihədə Bakı şəhərində yerləşən 3 saylı uşaq evindən və 10 saylı internat məktəbindən seçilən 10 şagird iştirak edib. Üç ay davam edən təlimlərdə iştirakçılar müxtəlif bilik və peşə bacarıqlarına yiyələnmək üçün təlim və təcrübə proqramlarına cəlb olunublar.

Təlimlərdə əsasən ilkin kompüter və müəyyən dil bilikləri tədris olunmuş, bundan başqa iştirakçılara psixoloji və hüquqi təlimlər də verilib.  

Daha sonra Azərbaycan İnsan resursları Assosasiyası idarə heyətinin üzvləri İlkin Məcidov və Vüqar Əliyev tərəfindən insan resursları ilə bağlı “CV hazırlama”, “İş görüşməsində müəyyən davranışlar – Bədən dili” və s. mövzularda təlimlər həyata keçirilib. 

Bəzi şagirdlər peşə bacarıqlarının artırılması üçün öz istəklərinə uyğun olaraq seçdikləri peşələrlə əlaqədar təcrübə proqramlarına qoşulublar.

Təcrübə proqramları yay aylarında da davam edəcək.

Təlimlərin sonunda iştirakçıların əldə etdikləri bilik və peşə bacarıqlarına əsasən işlə təmin olunmasına çalışılacaq. Bu istiqamətdə layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət qurumları ilə əlaqələr yaradılacaq.

Xəbər lenti