Logo

Rasim Balayevin Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədliyi təsdiqlənib

11.05.2022 14:54 335 baxış
IMG

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə yaradıcı təşkilatın katibi Əli İsa Cabbarov məlumat verib.

O bildirib ki, iclas zamanı Xalq yazıçısı Anar Rzayev mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.

AKİ-nin katibinin sözlərinə görə, iclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.

Xəbər lenti