Logo

ADPU-nun Ağcabədi filialında “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib

11.05.2022 17:43 409 baxış
IMG

May ayının 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında  ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin başlanğıcında ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə filialın direktoru dos. Mobil Məcidov açaraq xalqımızın xilaskarı, unudulmaz lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunun mühüm məqamlarına toxunub. 

O, qeyd edib ki, bu günlərdə qədirbilən xalqımız öz ləyaqətli oğlu Heydər Əliyevi vətən və millət qarşısındakı tarixi xidmətlərinə görə böyük minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədi ilə respublikamızın bütün idarə və təşkilatlarında, təhsil ocaqlarında tədbirlər və elmi-praktik konfranslar keçirilir. 

Sonra filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası”  kafedrasının dosenti Məhəmməd Hüseynov “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda məruzə etdi. Məruzə ətrafında filialın dosentləri Mahir Səlimov  və Seymur Süleymanov  çıxış edibər. 

Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətinə aid video çarx nümayiş etdirilib.

Xəbər lenti