Logo

ADU tələbələri təhsil tələbə krediti haqqında məlumatlandırılıb

11.05.2022 18:15 101 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

ADU-nun rektoru akademik Kamal Abdulla Təhsil Tələbə Krediti Fondunun yaradılmasının əhəmiyyətindən danışıb. Rektor bildirib ki, fondun təsis edilməsi dövlətin gənclərə olan qayğısının, diqqətinin bariz nümunəsidir.

Fondun İdarə Heyətinin sədri Araz Paşayev fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirib ki, fondun fəaliyyəti ölkə üzrə 44 ali təhsil müəssisəsini və 55 orta ixtisas təhsil müəssisəsini əhatə edir: “Fondun fəaliyyəti qeyd olunan sayda təhsil müəssisəsində ödənişli və əyani təhsil alan tələbələri əhatə edir. Ölkə üzrə təxminən 266 min nəfər tələbə təhsil alır. Onlardan 146 min nəfəri ödənişli təhsil alır. Krediti almaq üçün tələbə girov, zamin, borcalan və s. heç bir öhdəliklə yüklənmir”.

Araz Paşayev əlavə edib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, onlar üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Görüşdə mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti