Logo

"Neft ölkəsində müəllimin əməkhaqqı narazılığı olmamalıdır" - Elçin Əfəndi

11.05.2022 23:43 781 baxış
IMG

"Son günlər kişi müəllimlərin say azlığı ilə bağlı gündəmdə müzakirələr gedir. Bir neçə il sonra ciddi fəsadlar dəhşətli dərəcədə olacaq".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspertin fikrincə, bu məsələdə əsas problem əməkhaqqıdır:

"Nə qədər ki Azərbaycan müəllimi ən azı millət vəkilləri qədər əməkhaqqı almayacaq, o vaxtadək də kişi müəllimi qıtlığı olacaq. Ümumiyyətlə istər kişi müəllim, istər qadın müəllim olsun, bu gün əməkhaqları çox aşağıdır. Əməkhaqqı və keyfiyyət bir-birindən asılıdır. Yaxşı əməkhaqqı yüksək təhsil keyfiyyəti deməkdir".

Elçin Əfəndi neft ölkəsində müəllimin əməkhaqqısından narazılıq etməməli olduğunu bildirib:

"Ali məktəblərdə dərs deyən müəllimlərdə ümumiyyətlə vəziyyət xoş deyil. İşə qəbul vahid, mərkəzləşdirilmiş qaydada deyil. Siniflərin komplektləşdirilməsi aparılmır, əlavə məktəb tikintisi olmalıdır ki, sıxlıq aradan qalxsın və müəllimlər də 8-9 min yox, ən azı 15-16 min işlə təmin olunsun".

Fəqan Əzimli

Xəbər lenti