Bakı Dövlət Universitetində (BDU) V.Y.Axundov adına Elmi-tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Professor Adil Allahverdiyev tərəfindən 08 yanvar 2021-ci il saat 15:00-də Bakı Dövlət Universitetinin tələbələri və gənc tədqiqatçıları üçün Microsoft Teams platforması üzərindən “Koronavirusa (Sars-Cov-2) qarşı peyvəndin hazırlanmasında müasir yanaşmalar” mövzusunda onlayn ustad dərsi keçiriləcəkdir.
Virtual ustad dərsində iştirak etmək istəyən şəxslərin 07 yanvar 2021-ci il saat 17:00-dək [email protected] və ya [email protected] ünvanlarına müraciət etməsi xahiş olunur.