Logo

ARTİ ADPU-nun "SABAH Magistratura" proqramında təhsil alan tələbələr üçün təlim təşkil edib

12.05.2022 11:55 323 baxış
IMG

7 may 2022-ci il tarixində ARTİ tərəfindən ADPU-nun “SABAH Magistratura” proqramının “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün “Azərbaycanda qeyri-formal və informal təhsilin tanınmasının tətbiqi zamanı yaranmış çətinliklər və gələcək üçün perspektivlər” mövzusunda təlim təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzinin akt zalında baş tutan təlimin qonağı TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva olub.

Təqdimat zamanı tələbələrə ölkəmizdə təhsilin formaları, QFİTT haqqında qanunvericilik, QFİTT prosesinin tanınma proseduruna hazırlıq, QFİTT imtahanları keçirilən zaman əməkdaşlıq edilən qurumlar haqqında ətraflı məlumat verilib. Bundan əlavə, ötən il ərzində QFİTT-lə bağlı görülən işlər və QFİTT zamanı yaranan əsas çətinliklər barəsində danışılıb. Təqdimatın sonunda “Bərbər” ixtisası üzrə bacarıq və səriştələrin qiymətləndirilməsi ilə bağlı videoçarx nümayiş olunub.

İnteraktiv formada keçən təlimdə tələbələrlə müzakirələr aparılıb, onların sözügedən mövzu haqqında fikirləri öyrənilib. Tədbirin sonunda təlimçi QFİTT prosesi ilə daha yaxından tanış olmaq istəyən tələbələri imtahanlarda bacarıqların qiymətləndirilməsi mərhələsində iştirak etməyə dəvət edib.

Qeyd edək ki, ARTİ ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.

Xəbər lenti