Logo

Sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin əmək müqaviləsinə XİTAM verilə bilər

12.05.2022 12:36 6589 baxış
IMG

"Sertifiktlaşdırmanın mahiyyəti kimlərisə işdən azad etmək deyil, təhsilverənlərin bilik və bacarıqlarını ölçmək, təlim ehtiyaclarını öyrənmək və növbəti strategiyaları müəyyən etməkdir”.

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırmasının növbəti mərhələ üçün keçid balı 30 bal nəzərdə tutulur:

"Bu da 50 faiz deməkdir. Sertifikatlaşdırmanın mahiyyəti kimlərisə işdən azad etmək deyil, təhsilverənlərin bilik və bacarıqlarını ölçmək, təlim ehtiyaclarını öyrənmək və növbəti strategiyaları müəyyən etməkdir. Lakin təhsilverənlərin sertifikatlaşdırılmasından keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər".

Xəbər lenti