Logo

"XIII Beynəlxalq Təhsil İdarəetmə Forumu" keçirilir

12.05.2022 13:08 387 baxış
IMG

Türkiyənin İzmir şəhərində Təhsil Menecerləri və Ekspertləri Dərnəyi (EYUDER) və Dokuz Eylül Universitetinin əməkdaşlığı ilə 10-15 may 2022-ci il tarixlərində “XIII Beynəlxalq Təhsil İdarəetmə Forumu” keçirilir. XIII Beynəlxalq Təhsil İdarəetmə Forumunda (EYFOR-XIII) pedaqoji-psixoloji nəzəriyyələr, təhsil siyasəti və təhsildə müasir islahatlar, pedaqoji liderlik, təhsildə idarəetmə, ənənəvi və müasir müəllim hazırlığı məsələləri, təhsilin bütün pillələri və səviyyələri üzrə müzakirələr, təqdimatlar, panel dinləmələri, seminarlar təşkil edilir.

Tehsil.biz xəbər verir ki, forumun açılış günündə İlham Cavadov  “Müstəqillik illərində Azərbaycanda ilkin müəllim hazırlığı sahəsində islahatlar: uğurlar, perspektivlər” mövzusunda çıxış edib.

Qeyd edək ki, “EYFOR-XIII Forum”u 16 may tarixinədək davam edəcək.

“EYFOR-XIII Forum”unda ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov, Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva və Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı Aynur Əlimuradova iştirak edir.

Xəbər lenti