Logo

Sumqayıt Dövlət Universiteti adından pul yığılır - FOTOFAKT

12.05.2022 15:42 1279 baxış
IMG

Sosial şəbəkələrdə insanlara müraciət edərək Sumqayıt Dövlət Universitetinin (SDU) adından istifadə edib pul tələb edilir.

Tehsil.biz xəbər verir ki, feysbuk sosial platformasında insanlara müraciət olunuraq könüllü xeyriyyə məqsədilə 1 manat ödəniş istənilir. 

Sumqayıt Dövlət Universiteti adından istifadə edən şəxs həmin ödənişlərin imkanı zəif ailələr üçün yığıldığını bildirib.

Məsələdən SDU-nun xəbərdar olub-olmadığını soruşduqda isə ödənişi istəyən şəxs müraciət etdiyi hesabı əngəlləyərək mesajları silməyə başlayıb.

Tehsil.biz məsələ ilə bağlı Sumqayıt Dövlət Universiteti ilə əlaqə saxlayıb. Təhsil müəssisəsindən saytımıza məsələnin araşdırılacağı bildirilsə də, sonradan heç bir məlumat almaq mümkün olmayıb. Belə ki, universitet sorğumuzu cavablandırmaqdan boyun qaçırıb.

Xəbər lenti