Hazırda pandemiya ilə əlaqədar təhsil distant formada davam edir. Mart ayından bəri ənənəvi dərslərin təşkil edilə bilməməsi artıq müəllim və şagirdlərin distant təhsilə alışmasına səbəb olub.
Lakin son günlər ölkə ərazisində yoluxma sayının azalması əhali arasında ənənəvi təhsilin bərpa olunması ilə bağlı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə də yayılan bəzi məlumatlara görə, yanvar ayının 11-dən etibarən Naxçıvan Muxtar Respublikasında ənənəvi dərslər bərpa ediləcək, məktəblər açılacaq.
Maraqlıdır, məsələ ilə bağlı Təhsil Nazirliyi nə deyir? Məktəblərin açılması gözlənilirmi?
Tehsil.biz-in məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, hazırda onda bu haqda məlumat yoxdur: "Məsələ ilə bağlı ən doğru qərarı Naxçıvan Təhsil Nazirliyi bildirə bilər. Hazırda məndə bu haqda məlumat yoxdur. Bu səbəbdən də bu məlumatı şərh edə bilmərəm".