Logo

LDU-da maarifləndirici tədbir keçirilib

12.05.2022 22:34 97 baxış
IMG

Dövlət Məşğulluq Agentliyi Lənkəran Dövlət Universitetində (LDU) “Karyera planlamasına dəstək” adlı maarifləndirici tədbir keçirib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının şöbə müdiri Nahid Nağdıyev, Mərkəzi Karyera filialının şöbə müdiri Pərviz Əfəndiyev, həmin filialın aparıcı mütəxəssisi Mikayıl Tağıyev iştirak ediblər. 

Tədbirdə çıxış edən Mikayıl Tağıyev tələbələrə əmək bazarında uğur əldə etmənin yolları barədə tövsiyyələrini verib. İşə qəbulla bağlı əmək bazarında hansı keyfiyyətlərə üstünlük verilir,  peşəkarlıq səviyyəsi necə ölçülür, şəxsi brendlə bağlı məsələlər və s. ətrafında diskussiya aparılıb.

Tədbirdə  Azərbaycanda ilk dəfə  keçiriləcək “Peşələr festivalı” haqqında məlumat verilib, tələbələrə bukletlər paylanılıb.

Xəbər lenti