Logo

Uşaqlar hər kəsi sevməz, onlara özünü sevdirən insan əsl insandır

13.05.2022 11:00 570 baxış
IMG

Mehman müəllim mən 10-cu sinifdə oxuyanda bizim məktəbə direktor gəldi.  Gəldiyi zamanlar bir az qarışıq dövrə təsadüf edirdir. İlk dəfə onu görəndə qəribə hisslər keçirmişdim, sərt bir insan kimi görünürdü. Məktəbdə demək olar ki, hər kəsdə qeyri - ixtiyari mənfi hisslər yaranmışdı.   Mehman müəllim isə bizim düşündüyümüz kimi olmadı. Biz yanılırmışıq. Məktəb direktoru olmaq böyük bir məsuliyyət, güc iradə, bilik tələb edir. Hələ hələ sən internat-məktəb direktorusansa, işin 10 qat daha çox olur.

Mehman müəllimin məktəbimizə gəlişindən sonra dərslərə diqqət daha da artırıldı. Düzdür, bu proseslər tənzimlənirdi, əvvəl də hər şey qaydasında idi, ammma o sistemi daha da möhkəmləndirdi.  Məktəblilərə qayğı artırıldı. Yadımdadır, onun məktəbdə ikinci iş günü idi, məktəbin həyətində 20, 30 şagird söhbət edirdik, Mehman müəllim gəldi və bizlə söhbət etməyə başladı. Problemlərimizi soruşdu, fikirlərimizi dinlədi, elə söhbət əsnasında o bizi özünə inandırdı.

Qeyd etmək yerinə düşər ki, bizim məktəbdə Yataqxana, yeməkxana da var, burada qalan uşaqlara isə xüsusi diqqət, qayğı lazımdır. Bu proses Mehman müəllim tərəfindən çox uğurlu şəkildə tənzimləndi.
Məktəbimizdə tədbirlərin, təlimlərin sayı artırıldı. Şagirdlərlə məktəb rəhbərliyi tərəfindən tez - tez söhbətlər edilir, məktəbə psixoloqlar dəvət edilirdi. Şagirdlərin problemləri dinlənilir, yardımlar edilirdi.

Məktəbimiz rayon tədbirlərində də artıq uğurla təmsil olunurdu. Uğurlu nəticələr əldə edirdik. Qəbul imtahanlarında da məktəbimizin nəticələri yüksək idi.

Hazırda bu işlər Mehman müəllimin rəhbərliyi ilə uğurlu şəkildə davam etdirilir. Məktəbin sosial şəbəkə hesablarını izləyərək, bu uğurları görürmək mümkündür. Bu faktlar Mehman müəllimin təyinatının çox doğru olduğunu sübüut etməyə əsas verir.

O şagirdlərə qarşı həmişə  çox sadə, səmimi olub. Hətta bəzən gəlib yeməkxanada bizlərlə əyləşib yemək yeyirdi... 
Tez-tez yataqxanaya gəlirdi, uşaqlarla maraqlanırdı. Deyərdim ki, bütün məktəb onu çox sevirdi, indi də belədir. Müəllimlər, şagirdlərlə danışarkən bu sevgini açıq aşkar sezmək olur. Bu sevgini qazandığına görə Mehman müəllimə alqış düşür. Uşaqlar hər kəsi sevməz, onlara özünü sevdirən insan, əsl insandır.

Qeyd edim ki, məktəbimiz hazırda yenidən tikilir. Növbəti tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulub. İnanıram ki, Mehman müəllim öz fəaliyyətini uğurla şəkildə yeni binada da davam etdirəcək. 

Dəyərli Mehman müəllim, doğum gününüz mübarək. Sizə uca Tanrıdan möhkəm can sağlığı, xoş və sevgi dolu günlər arzu edirəm. Sizin kimi müəllimlərə cəmiyyətimizin çox ehtiyacı var. Neçə gözəl yaşlara...

Hörmətlə BDU tələbəsi, Ziyafət Əlisoy.

Xəbər lenti