Logo

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi hansı məqsədlə həyata keçirilir?

13.05.2022 11:08 415 baxış
IMG

Sertifikatlaşdırma dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilir.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir.

Nazirlikdən həmçinin qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik şəxslər sertifikatlaşdırma prosesində iştirak edirlər.

Fəqan Əzimli

 

Xəbər lenti