Logo

Onlayn təhsilin qiymətləndirmə taleyi necə olacaq? - EKSPERT RƏYİ

05.01.2021 14:27 1223 baxış
IMG

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, tanınan təhsil eksperti İlqar Orucov Tehsil.biz-ə açıqlamasında bildirib ki, təhsildə qiymətləndirmə vacibdir:

 

"Məlum vəziyyətə görə təhsilalanların heç də hamısı bu onlayn təhsil prosesinə cəlb oluna bilmədi. Distant təhsilə keçidlə bağlı problem oldu. Amma nəzərə alaq ki, orta təhsil üzrə təhsil ancaq internet üzərindən olmadı. Teledərslər oldu, valideynlərə çağırış edildi ki, bu prosesə qoşulsunlar."

 

İlqar Orucovun sözlərinə görə, internetlə bağlı problemlər yaşansa da, bu problem orta məktəb üçün narahatlıq yaratmayıb:

 

"Düzdür, internetlə bağlı problemlər var. Orta məktəb üçün bu problem çox da narahatedici səviyyədə deyildi. Amma ali təhsillə bağlı problem var idi. Qiymətləndirmənin mahiyyətində o durur ki, dərs proqramını şagirdlər nə dərəcədə mənimsəyiblər".

 

İ.Orucov qiymətləndirmənin hansı məktəblərdə və hansı rayonlarda proqramın mənimsənməsinin vəziyyətini ortaya qoyacağını bildirib:

 

"Bu, bir ölçmədir. Bunu cəzalandırma kimi başa düşmək, şagird və tələbələrin cəzalandırılması kimi qəbul etmək düzgün deyil. Çünki qiymətləndirilmənin buna görə keçirilməsi nəzərdə tutulmur. Bu qiymətləndirmə hansı məktəblərdə və hansı rayonlarda proqramın mənimsənməsinin vəziyyətini ortaya qoyacaq. Hansı kənddə, hansı məktəbdə şagirdlər dərsi mənimsəyə bilməyiblərsə, bunun üzərində gələcəkdə iş gedəcək. Bu baxımdan da qiymətləndirmə prosesi vacibdir. Bu prosesdən çəkinmək lazım deyil".

Xəbər lenti