Logo

Müəllimlərin NƏZƏRİNƏ: Bu şəxslər sertifikatlaşdırma prosesində iştirak etməyəcək - SİYAHI

13.05.2022 11:31 2671 baxış
IMG

Təhsil Nazirliyi sertifikatlaşdırma prosesində iştirak etməməli olan təhsilverənlərin siyahısını açıqlayıb.

Qurumdan "Tehsil.biz"ə verilən məlumata görə, aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

- hamilə qadınlar;

- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər;

- ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;

- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə çatmamış təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur.

Fəqan Əzimli

Xəbər lenti