Logo

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı dəyişiklik edilib

13.05.2022 12:30 370 baxış
IMG

Sağlamlıq imkanları məhdud olan şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq. 

Tehsil.biz xəbər verir ki, yeni qaydalar parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, qanun layihəsi təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsi məqsədini daşıyır.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xəbər lenti