Logo

Sertifikatlaşdırma imtahanında suallar hansı mövzuları əhatə edir? - DİQQƏT

13.05.2022 13:43 1656 baxış
IMG

Sertifikatlaşdırmanın test mərhələsində imtahan iştirakçılarına 60 sual təqdim olunur.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sertifikatlaşdırmanın test mərhələsi iştirakçılarına 120 dəqiqə vaxt ayrılır.

Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur. Səhv cavablandırılmış suallar düzgün cavablara təsir göstərmir.

Test mərhələsində I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.

Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəalinteraktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid suallar təqdim edilir.

Fəqan Əzimli

Xəbər lenti