Mayın 13-də Regional Təhsil idarələri tərəfindən PR və kommunikasiya işinin təşkili ilə bağlı onlayn görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları, Regional Təhsil idarələrinin müdirləri və idarələrə daxil olan bölgələr üzrə PR əməkdaşları iştirak ediblər.
Görüşdə yeni yaradılmış idarələr tərəfindən ictimaiyyətin düzgün və dolğun məlumatlandırılması, sosial media üzərindən aktiv və davamlı paylaşımların təşkili, uğurlu kommunikasiya işinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edən görüş iştirakçıları mövzu ətrafında fikir və təkliflərini bölüşüblər.