Logo

Məktəb rəhbərliyi ailələri ziyarət edir - FOTO

13.05.2022 14:15 80 baxış
IMG

“Ailəm və məktəbim” layihəsi çərçivəsində paytaxtdakı ümumi təhsil məktəblərinin rəhbərliyi və pedaqoji heyəti şagirdlərin ailələrini ziyarət edirlər.

Tehsil.biz xəbər verir ki, ilk belə görüşlərdən biri 300 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllimlərin, eləcə də tədris ocağında yaradılmış "Atalar və məktəb birliyi"nin üzvlərinin iştirakı ilə keçirilib.

Görüş zamanı məktəb rəhbərliyi şagirdin evdə dərslərlə məşğul olması üçün yaradılmış şərait, əlavə məşğuliyyətləri və ailə mühiti ilə tanış olmaq imkanı qazanıb. Həmçinin valideynlərin təklif və fikirləri dinlənilib, şagirdin ailəsi ilə birlikdə ona yetkin bir övlad kimi davranmaq qərarı verilib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Ailəm və məktəbim” layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.

Xəbər lenti