Logo

BDU alimi perovskit birləşmələrin kristal quruluşlarını tədqiq edib

13.05.2022 15:12 124 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müdiri, professor Rövşən Əliyevin   həmmüəllifi olduğu “Perovskitlərdə struktur faza keçidinin ehtimal modeli” (Probabilistic model of structural phase transition in perovskites) adlı məqalə  “Web of Science” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək  impakt faktorlu (IF=1.668)   “Modern Physics Letters B”  jurnalında çap olunub.

Məqalədə  təsadüfi proseslər nəzəriyyəsindən istifadə olunmaqla  perovskit birləşmələrin kristal quruluşları və faza keçidləri tədqiq edilib. Qurulmuş ehtimal modelinə əsasən perovskitlərdə struktur faza keçidlərinin təsnifatı aparılıb, ən çox yayılmış kristal strukturları və struktur faza keçidləri göstərilib.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.worldscientific.com/doi/10.1142/S0217984921502110

Xəbər lenti