Logo

Təhsil naziri Qubada vətəndaşları qəbul edib - FOTO

13.05.2022 16:10 473 baxış
IMG

Mayın 13-də təhsil naziri Emin Əmrullayev Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan sakinlər, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. 

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, birinci sinfə qəbul, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. 

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Xəbər lenti