2022/2023-cü tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına tələbə qəbulu davam edir.
UFAZ magistratura pilləsində aşağıda qeyd olunan ixtisaslar üzrə tam dövlət əsaslı təhsil təklif edir:
-Böyük verilənlər bazası və süni intellekt;
-Fiziki kimya və kimya mühəndisliyi;
-Yer elmləri.
Onlayn qeydiyyat iyunun 2-dək davam edəcək. Qəbul imtahanı iyunun 4-də UFAZ-ın əsas binasında ingilis dilində keçiriləcək.
Qeydiyyat üçün: https://admission.ufaz.az/en/