Logo

ADPU-nun Şəki filialında TEC-in XV konfransı keçirilib

13.05.2022 21:51 728 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin XV konfransı keçirilib. 

Tehsil.biz xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan konfransın plenar iclası mayın 11-də keçirilib. 

Konfransı giriş sözü ilə filialın direktoru, riyaziyyat elmləri doktoru, dosent Rafiq Rasulov açaraq, ulu öndərin Azərbaycanda elm və təhsilin inkişafına göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Ümummilli liderin anadan olmasının 99-cu ildönümunə həsr olunmuş konfransın proqramı ilə iştirakçıları tanış edərək, dos. Rafiq Rasulov tələbələrin elmi yaradıcılıq qabiliyyətlərinin və bacarıqlarının formalaşdırılmasında TEC-in rolu və əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Konfransda filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev "Ali məktəb tələbələrinin tədqiqat işlərinin xüsusiyyətləri və struktur elementləri" mövzusunda geniş məruzə edib. Məruzəçi tələbələrdə tədqiqatçılıq kompitensiyalarının formalaşdırılması texnologiyası, müstəqil və yaradıcı fəaliyyət bacarıqlarının, elmi araşdırmaların aparılmasının elmi-metodoloji və metodiki prinsipləri, tədqiqat işlərinin yerinə yetirilməsində istifadə olunan vasitələr, elmi mənbələr, elmi işlərin mərhələli və sistemli tərtibi texnologiyaları və s. haqqında ətraflı məlumat verib.

Sonra filialın "Xarici dil (İngilis dili) müəllimliyi" ixtisasının I tədris ili tələbəsi Billur Mahmudovanın təqdimatında "Heydər Əliyev - müstəqil Azərbaycan Respublikasının baş memarı" və "Riyaziyyat və informatika müəllimliyi" ixtisasının IV tədris ili tələbəsi Heyran Aslanovanın təqdimatında "Qarabağ zəfərinin əsrarəngiz texnologiyası" mövzusunda elmi tədqiqat işi dinlənilib.

Mayın 12-də konfrans öz işini 5 bölmədə davam etdirib. Bölmələr üzrə ən yaxşı tələbə elmi işlərinin I, ll və lll dərəcəli diplomlarla mükafatlandırılması və may ayının sonunda ADPU-da keçiriləcək tələbə elmi konfransında iştirak üçün təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, XV tələbə elmi konfransına filialda 9 ixtisas üzrə təhsil alan 85 nəfər tələbənin tədris ili ərzində yerinə yetirdikləri müxtəlif mövzularda elmi araşdırmaların nəticələri təqdim olunub.

Xəbər lenti