Logo

İkinci "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb

14.05.2022 11:19 363 baxış
IMG

"Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb.

Tehsil.biz xəbər verir ki, onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 6 041 nəfər namizəddən 1 202 nəfər növbəti mərhələdə (Əyani mərhələ) iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Xəbər lenti